BAKI, 5 fevral — Sputnik. Məşhur rusiyalı aparıcı Mixail Şirvindt "Syedobnoye-nesyedobnoye" ("Yeyilən-yeyilməyən") layihəsinin növbətini çarxını çəkmək və Azərbaycan yeməklərini bütün dünyaya göstərmək məqsədilə yenidən Bakıya gəlib.
Qeyd edək ki, Şirvindt "Syedobnoye-nesyedobnoye" layihəsi çərçivəsində müxtəlif ölkələrə səyahət edir və tamaşaçılara onlar haqqında maraqlı faktlardan danışır.
Mixail Şirvindt məşhur aktyor və prodüserdir. Müxtəlif illərdə "Doq-şou", "Ya i moya sobaka", "Xoçu znat" verilişlərinin müəllifi olub.