SƏHİYYƏ

Doğuş zamanı baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb
Sputnik

BAKI, 4 fevral — Sputnik. Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Agentlik ana ölümü ilə bağlı məlumat yaydı

Sputnik Azərbaycan xəbər verir ki, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Babayeva Gülnar Rauf qızı doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirib. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanada ölüb.

Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.