Flamenko sadəcə rəqs deyil, bu stil, həyat tərzi, əbədi ehtiras və ilhamverici gözəlliyi ehtiva edən tam bir moda və incəsənət dünyasıdır. İspaniyada keçirilən illik flamenko moda sərgisində məhz bu nümayiş etdirilib.
Artıq 20 ildir ki, Sevilya hər il keçirilən beynəlxalq Flamenco Fashion Show sayəsində flamenko stilində modanın dünya paytaxtına çevrilib. Bu dəfə ehtiraslı İspan rəqsindən ilhamlanan, tayı-bərabəri olmayan peşəkar sərgi-yarmarka və əsas moda nümayişi Əndəlüsdə həyata keçirilməkdədir.
Flamenko moda nümayişi, müasir tendensiyaların və İspan cənub mədəniyyətinin ənənəvi üslubunun balanslı birləşməsidir. Burada söhbət əlbəttə ki, yalnız geyimlər və aksesuarlardan deyil, dünyanın ən qızğın rəqsinin enerjisi və ritmindən də gedir!
Flamenco Fashion Show-dan çəkilmiş şəhvət saçan kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.