BAKI, 4 fevral — Sputnik. Bakıya 300 ədəd yeni və müasir avtobus gətirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda həmin avtobuslar marşrut xətlərinə buraxılacaq: "Həmin avtobusların 20 ədədi 18 metrlikdir. Prezident İlham Əliyevin göstərişi ilə bu il üçün daha 415 yeni avtobusun alınması nəzərdə tutulur. Bu da Bakıda avtobus parkının təxminən 60-70 faizinin yenilənməsinə səbəb olacaq".
Qeyd edək ki, paytaxta müasir komfortlu avtobusların gətirilməsi prosesi davamlı hal alıb.