BAKI, 3 fevral — Sputnik. Artıq "Azərsu" ASC-yə olan su borcunuzu elektron şəkildə öyrənə bilərsiniz. Sputnik Azərbaycan "Azərsu" ASC-nin məlumatına istinadla xəbər verir ki, "Borcun araşdırılması üzrə müraciət" elektron xidmətindən istifadə etmək üçün siz www.azersu.az saytında "Elektron xidmətlər" bölməsindən və ya www.e-gov.az portalından "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi elektron xidmətlərin siyahısından "Borcun araşdırılması üzrə müraciət" xidmətinə daxil olmaqla ardıcıl prosedurları davam etdirməlisiniz.
Daha ətraflı məlumatla aşağıdakı linkdən keçid etməklə tanış ola bilərsiniz.