İQTİSADİYYAT

Neftin qiyməti rekord həddə düşdü

Neftin qiyməti Çində ölümcül koronavirusun yayılması və bunun fonunda xammala tələbatın azalması qorxusu nəticəsində düşür
Sputnik

BAKI, 3 fevral — Sputnik. Brent neftinin bir barelinin qiyməti 2019-cu il yanvarın 3-dən bu yana ilk dəfə olaraq 55 dollardan aşağı düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu nəticə London ICE birjasında sövdələşmələrin yekununda bəlli olub.

Bu gün Brent neftinin barelinin aprel fyuçersi 54,29 dollardan bağlanıb. Amerikanın WTI markalı neftinin barreli mart ayı üçün (özü də çatdırılma ilə) 49.92 dollara düşüb.

Neftin qiyməti Çində ölümcül koronavirusun yayılması və bunun fonunda xammala tələbatın azalması qorxusu nəticəsində düşür. Bundan başqa, bazar iştirakçıları gələcəkdə tələbatın ümumilikdə azalacağını da nəzərə alırlar.