BAKI, 3 fevral — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov yanvarın 31-də təqaüdə göndərilib.