RUSİYA

Koronavirusa yoluxanlar deportasiya ediləcək

Qeyd edək ki, bir gün əvvəl Mixail Mişustin Çin koronavirusunu HİV və vəba ilə eyniləşdirən fərman imzalayıb.
Sputnik

BAKI, 3 fevral — Sputnik. Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirusa yoluxan əcnəbilərin deportasiyası barədə əmr imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, bir gün əvvəl Mixail Mişustin Çin koronavirusunu HİV və vəba ilə eyniləşdirən fərman imzalayıb.

Xatırladaq ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 361-ə çatıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 17000-nə çatıb.

Qeyd edək ki, bu gün Uhanda 8 gün ərzində tikilən yeni xəstəxana insanları qəbul etməyə başlayacaq. 1000 çarpayılıq Houşenşan hospitalı Hubey vilayətində baş qaldıran xəstəliyin qarşısını almaq üçün tikilən iki xəstəxanadan biridir.

Leişanşanda ikinci hospitalın tikintisi isə çərşənbə günü yekunlaşacaq.