“Koronavirusa görə, tək Azərbaycan deyil, bütün ölkələr Çinlə karantin rejiminə keçib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Ekspert bildirib ki, Çin bütün dünya üçün əmtəə bazasıdır: “Bu virusa görə Azərbaycan da Çinlə olan ticarət dövriyyəsində müəyyən dəyişiklilər həyata keçirəcək. Hazırkı zamanda Çindən idxal olunan məhsulların həcmi azalacaq. Yaxın iki ay ərzində bu bazarda özünü büruzə verməyəcək. Sonradan isə məhsulların çatışmazlığı hiss ediləcək. Bu da iqtisadi dövriyyəmizə mənfi təsir göstərəcək. Bu baxımdan ticarət dövriyyəsinin aşağı düşməsi proqnozlaşdırılır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz