Axtarışda olan qız polisi ələ salıb

Şərhlərdə neqativ fikirlər yazanlara Tiffaninin ailə üzvləri etiraz edib: " heç kəs nə baş verdiyini bilmir. Səbəbin yarısını bilsə idiniz öz şərhlərinizdən utanardınız"
Sputnik

BAKI, 3 fevral — Sputnik. Avstraliyanın Sidney şəhərində yaşanan maraqlı bir hadisə ölkə gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, oğurluqda ittiham olunaraq axtarışa verilən 23 yaşlı Tiffani Ann Brisleyn polisinin "Facebook" səhifəsində paylaşdığı şəklini müzakirə edənlərə cavab verib. O, fotonu bəyənməyib şərh yazanlara "Hər gün belə görünmürəm, sadəcə bu fotoda yaxşı düşməmişəm" deyə cavab yazıb. Daha sonra polisin "Biz səni tapmadan əvvəl təslim olsan, daha yaxşı olar" yazısını isə Tiffani sükutla qarşılayıb. Şərhlərdə neqativ fikirlər yazanlara Tiffaninin ailə üzvləri etiraz edib: "heç kəs nə baş verdiyini bilmir. Səbəbin yarısını bilsə idiniz, öz şərhlərinizdən utanardınız".

23 yaşlı Tiffani Ann bir neçə saat sonra öz səhifəsində yeni foto paylaşaraq, "Əsl görünüşüm belədir" fikrini qeyd edib.

Annın bu hərəkəti bəzilərini qıcıqlandırsa da, bəzilərinin gülüşünə səbəb olub.