BAKI, 2 fevral — Sputnik. Londonun cənubunda naməlum şəxs küçədəkilərə bıçaqla hücum edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Skotland Yard məlumat yayıb.
"Kişi silahlı zabitlər tərəfindən Stretem tərəfdə vurulub. Hazırda güman edirik ki, bir neçə şəxs bıçaq yarası alıb. Şəraiti aydınlaşdırırıq", - London polisi Twitter-də yazıb.
Polis hesab edir ki, hadisə terrorizmlə əlaqəlidir. Yaralıların dəqiq sayı açıqlanmır.