Diplomatlara əmr gəldi - yerinizi ayrı salın

Britaniya XİN başçısı bildirib ki, Aİ qanunlarına riayət etmək "Brexit-in mahiyyətini məhv edir". Raab əmin edib ki, bu olmayacaq, çünki hər iki tərəf bu mövzuda sərt danışıqlar aparacaq
Sputnik

BAKI, 2 fevral — Sputnik. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz diplomatlarını Avropa İttifaqından olan həmkarlarından ayrı oturmağa çağırıb.

"Azadlıq!": Londonlular Britaniyanın Aİ-dən çıxmasını belə qarşıladılar

Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Sunday Times" yazıb.

XİN rəhbəri Dominik Raab digər diplomatlara xüsusi məktub göndərib. Sənəddə deyilir ki, "britaniyalı diplomatlar müstəqil, özünəinamlı ölkənin mövqeyini tutmalıdırlar". Avropalı diplomatlardan ayrı oturmaq, əsasən, beynəlxalq görüşlərdə tövsiyə edilir.

Britaniya XİN başçısı bildirib ki, Aİ qanunlarına riayət etmək "Brexit-in mahiyyətini məhv edir". Raab əmin edib ki, bu olmayacaq, çünki hər iki tərəf bu mövzuda sərt danışıqlar aparacaq. Raab həmçinin Avropa Məhkəməsini ticari mübahisələr üzrə qərarını vermək üçün tələsdirib.

Böyük Britaniya rəsmi olaraq yanvarın 31-dən Avropa İttifaqının üzvü deyil. Bu ilin sonunadək ölkə keçid dövründə sayılacaq.