Avropada eyni cinayət, fərqli məkan - Belçika küçələrində silahlı adam dəhşət saçdı

"De Morgen" yazır ki, hadisəyə görə iki cinayət işi açıla bilər, biri cinayətkara, biri də atəş açdığına görə polisə qarşı.
Sputnik

BAKI, 2 fevral — Sputnik. Belçikanın qərbindəki Gent şəhərində naməlum cinayətkar küçədə insanlara bıçaqla hücum edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, iki nəfər yaralanıb. Onlardan biri əlindən, biri qarnından yaralanıb.

Yaxınlıqda polis patrulu növbə çəkdiyindən hadisəyə reaksiya verə bilib. Polis hücum edən şəxsə atəş açaraq onu əlindən yaralayıb, bundan sonra həbs edib.

​"De Morgen" yazır ki, hadisəyə görə iki cinayət işi açıla bilər, biri cinayətkara, biri də atəş açdığına görə polisə qarşı.

Oxşar hadisə bu gün Londonda baş verib. Bir şəxs insanlara bıçaqla hücum edərək üç nəfəri yaralayıb. Polis həmin şəxsi zərərsizləşdirib.