ELM

Tələbələrin köçürülməsinin tarixi açıqlandı

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir
Sputnik

BAKI, 1 fevral — Sputnik. Sabahdan etibarən tələbələrin köçürülməsi prosesinə başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Qızlar yataqxanasında kütləvi zəhərlənmə - Yüzdən çox tələbə xəstəxanalıq oldu

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.