SƏHİYYƏ

Nəhayət: Azərbaycana koronavirusu müəyyən edən aparat gətirilib

Hande Harmancı: “Yəni xəstənin adi qripə deyil, koronavirusa yoluxması artıq bu aparatla müəyyən ediləcək”
Sputnik

BAKI, 1 fevral — Sputnik. "Koronavirusla bağlı vaksin hələ ki, yoxdur, həkimlər onun üzərində işləyirlər". Sputnik Azərbaycan-ın məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu barədə bildirib.

Naxçıvan da hazırlığa başladı - Virus təhlükəsi hamını hərəkətə gətirib

"Koronavirusun təhlükəli olması onunla əvvəl qarşılaşmamağımızla bağlıdır. İnsandan insana sürətlə yayılırsa, ağır xəstəlik formasında təzahür edirsə, bu, təhlükəlidir. Koronavirus da bu sıraya daxildir. Burun axıntısı, qızdırma, öskürək bu virusun əlamətlərindəndir. İlk dəfə olaraq deyirəm ki, artıq Azərbaycana diaqnostik aparat gətirilib. Bu artıq kömək edəcək ki, virusun koronavirus olduğu dəqiqləşsin. Yəni xəstənin adi qripə deyil, koronavirusa yoluxması artıq bu aparatla müəyyən ediləcək”, - deyə Harmancı qeyd edib.

Xəstəlikdən qorunmanın yolunu açıqlayan ÜST-ün Azərbaycandakı nümayəndəsi bunları bildirib: "Məsafəni qorumaq, öskürək, asqıraq zamanı əlinizə dəsmal tutmanız, daha sonra onu atmanız məsləhətdir. Xəstə olan insan maska taxmalıdır. Qələbəlik yerlərdə olmaq olmaz. Tez-tez əli sabunla yumaq, spirtli salfet ilə təmizləmək lazımdır. Təbii qidalardan istifadə etməyiniz məsləhətdir".