BAKI, 1 fevral — Sputnik. "Apple" şirkəti koronavirusla bağlı Çinin materik hissəsində fevralın 9-dək bütün mağazaları bağlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
"Profilaktik tədbirlərlə bağlı "Apple" mağazaları bu gündən fevralın 9-dək müvəqqəti olaraq bağlanır", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu günə olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 259-a çatıb, bu virusa yoluxanların sayı təxminən 12 mindir.