CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert universitetlərin yataqxana probleminin neqativ təsirlərini açıqlayır

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, universitetlərimizin yataqxana tikintisinə başlaması ali təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək
Sputnik

“Bu il tələbələr üçün yeni yataqxanalar istifadəyə veriləcək”. Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında söyləyib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, universitetlərimizin yataqxana problemi ciddi məsələdir:

“Uzun müddətdir ki, bu problem tam şəkildə həllini tapa bilmir.  Bu il Təhsil Nazirliyi ölkədəki ali təhsilin keyfiyyətinin yüksəldilməsi, o cümlədən universitetlərin infrastrukturunun müasir tələblərə cavab verməsi üçün müxtəlif layihələr reallaşdıracaq. Düşünürəm ki, bu planların və layihələrin gerçəkləşdirilməsi çox lazımlıdır. Çünki yataqxanalar təkcə yaşayış yeri deyil, bu həm də tələbələrin təhlükəsizliyi, sosiallaşması baxımından əhəmiyyətlidir. Universitetlərimizin yataqxana tikintisinə başlaması ali təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz