Hava şərtləri o qədər də yaxşı deyildi. Güclü yağış və külək Brexit tərəfdarlarına Londonun mərkəzində toplaşmağa və onların ölkəsi üçün tarixi məqamı - Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasını qarşılamağa mane olmadı.
Parlament Meydanına toplaşan ingilislər, Avropa ilə "boşanma" xəbərini şadlıqla qarşıladılar. Cümə günü Aİ-dən ayrılmaqla bağlı keçirilən mitinqdə əvvəlki mitinqlərdəkinə nisbətən daha çox Brexit tərəfdarı toplaşmışdı.
Böyük Britaniya AB-ni tərk edərək cəmiyyətdə parçalanmaya, iki növbədənkənar seçkilərə, iki baş nazirin dəyişdirilməsinə, maliyyə itkilərinə səbəb olan, üç il yarım davam edən bir prosesi tamamladı.
Aİ ilə sazişin pozulmasına dair hər kəsi xoşagəlməz vəziyyətə salan hekayəyə baxmayaraq, Britaniya hökuməti Brexit-i bayram etməkdən çəkinmədi: baş nazirin Dauninq-stritdəki iqamətgahı illüminasiyalarla bəzədildi, binanın qara fasadına işıq şüaları ilə salınan saat Britaniyanın Avropa Birliyinə üzvlüyünün sona çatmasını göstərən 23:00-ı göstərdi. Uaytholl küçəsindəki nazirlik və idarələrin binaları da xüsusi işıqlandırıldı.
Avropa İttifaqından ayrılan britaniyalıların sevincli anlarının şəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.