CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reklamı da asanlaşdırdılar - VİDEO

İcazələr Sistemi açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşdırılmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsinə xidmət edir
Sputnik

 

BAKI, 31 yanvar — Sputnik. "Artıq açıq məkanda reklam yerləşdirmək üçün icazəni onlayn almaq mümkün olacaq". Sputnik Azərbaycan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) - məlumatına istinadla xəbər verir ki, İcazələr Sistemi açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşdırılmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsinə xidmət edir. İcazələr Sisteminə ASAN LOGİN üzərindən daxil olmaq mümkündür. ASAN LOGİN sisteminə 4 fərqli üsulla daxil olmaq olar.