CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanlar Vəliyev cinayətlərin açılma sayı ilə öyündü

Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2 faiz, fərarilik cinayətləri isə 28,6 faiz azalıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Ötən illərdə olduğu kimi, 2019-cu ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib.

Hərbi hissədəki faciə ilə bağlı cinayət işi başlanıb

Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasında deyib.

Hərbi prokuror bildirib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 91,7 faiz, xuliqanlıq cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 3,7 faiz, həmçinin hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 41,2 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hərbi xidmətdən yayınma cinayətləri 14,1 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2 faiz, fərarilik cinayətləri isə 28,6 faiz azalıb.