CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvarda verilən ipoteka kreditlərinin sayı açıqlandı

Bu ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri 5,712 milyon manat və yaxud 0,8% azalaraq 723,878 milyon manatdan 718,166 milyon manata düşüb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1396,077 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 105 vahid artaraq 27 870-dən 27 975-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ yanvarda dəyişməyərək 69,724 milyon manat olub.

Bu ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 5,712 milyon manat və yaxud 0,8% azalaraq 723,878 milyon manatdan 718,166 milyon manata düşüb.