CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həsən Şirinov işdən çıxarıldı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili işlər orqanlarında uzun müddət xidmətləri, dövlətçilik prinsiplərinə sadiqliyi, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində fərqləndiyi nəzərə alınaraq, habelə anadan olmasının 70 illiyi münasibətilə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin maddi-texniki təminat üzrə müavini polis general-mayoru Həsən Şirinov Daxili İşlər Nazirliyini "Fəxri Fərmanı" ilə təltif olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a məlumatı təsdiqləyib.