TƏHLİL

Hansı geyimlər məktəblilərin sağlamlığı üçün təhlükəlidir – ekspert danışır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçılardan gələn məlumatlar Bakı Tikiş Evinin bazarda hökmran mövqe tutduğunu göstərir
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan tədbirdə yeni məktəb formaları ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, istehlakçılardan gələn məlumatlar Bakı Tikiş Evinin bazarda hökmran mövqe tutduğunu göstərir:

“Digər şirkətlər də uyğun məktəbli formaları tikməyə cəhd göstərirlər. Şirkətlər elan olunmuş standartlara uyğun formaları tikmək üçün səlahiyyətləri olmalıdır. Bu, bazarda keyfiyyətin yüksəlməsi, qiymətin aşağı düşməsi ilə nəticələnə bilər. BTİ-nin bazarda inhisarçı olaraq qalması bazar prinsiplərinə uyğun deyil. Digər fabriklər də bu formaların tikilməsi hüququna malik olmalıdır. Bu da reallıqdır ki, bəzi iş adamları xarici ölkələrdən keyfiyyətsiz parçalar gətirirlər. Bu parçalardan hazırlanan geyimlər insan sağlamlığı üçün təhlükəlidir”.

Qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanın bütün məktəblərinin şagirdlərinin 2020-2021-ci tədris ilindən etibarən geyəcəyi məktəbli formasının bir neçə variantını hazırlayıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz