İQTİSADİYYAT

Mərkəzi Bank faiz qərarını açıqlayıb

Ötən ildə Mərkəzi Bankın İdarə Heyətinin 8 dəfə iclası keçirilib və bütün iclaslarında faizlərin endirilməsinə qərar verilib
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7.50%-dən 7.25%-ə endirilməsi haqda qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ± 1.75 %-lik diapazonda müəyyənləşdirilib ( yuxarı 9% və aşağı 5.5%).

Qeyd edək ki, 2019-cu ildə Mərkəzi Bankın İdarə Heyətinin 8 dəfə iclası keçirilib və bütün iclaslarında faizlərin endirilməsinə qərar verilib.