BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Sputnik Azərbaycan-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 302 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Hazırda deputatlığa namizədlərin sayı 1335 nəfərdir.