SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov vs Mnatsakanyan – Round 2

Görüşdə, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edəcək.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrə görüşünün növbəti raundu keçiriləcək.

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat davam edib

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin - İqor Popov (Rusiya), Stefani Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə, həmçinin təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edəcək.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva vurğulayıb ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.