Mətbuat mərkəzi

“Belə getsə, insanların ərzaq təminatı böyük problemə çevriləcək” – Ekspert

Qlobal orta temperaturun artması nəticəsində yaranan dəyişikliklər və onların Azərbaycanın kənd təsərrüfatına necə təsir etdiyi Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində müzakirə edilib.
Sputnik

Mətbuat konfransında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdirləri Cavanşir Talai, Nicat Nəsirli, həmçinin mərkəzin böyük mütəxəssisi Yaqub Quliyev öz rəylərini bildiriblər.

Onların bildirdikləri bəzi faktlar heç də ürəkaçan olmayıb, amma mütəxəssislər bizi əmin ediblər ki, Azərbaycan dövləti qabaqlayıcı tədbirləri həyata keçirmək üçün əlindən gələni edir. Bu işdə isə dövlətdən başqa, yerli fermerlərin üzərinə də böyük məsuliyyət düşür. Ekspertlərin daha ətraflı şərhlərini videomuzda izləyin.