İbrahimoviç İbrahimi dinləyir

Hakan Çalhanoğlu: "Təcrübəli futbolçudur. Onun gəlişindən sonra uduzmamışıq. Komandaya çox kömək edir. İnşallah, uğurlu seriyanı davam etdirərik. Bəzən birlikdə qəhvə içirik. Türkcə sözlərdən də istifadə edir".
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Onunla çox yaxşı yola gedirik. Türkləri çox sevir... Həm meydançada, həm də kənarda bir-birimizlə çox yaxşı anlaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçlə aralarındakı münasibət haqda "TRT Spor"a müsahibəsi zamanı söyləyib. 25 yaşlı oyunçu isveçli ulduzun türk mahnılarını dinlədiyini də vurğulayıb: "Təcrübəli futbolçudur. Onun gəlişindən sonra uduzmamışıq. Komandaya çox kömək edir. İnşallah, uğurlu seriyanı davam etdirərik. Bəzən birlikdə qəhvə içirik. Türkcə sözlərdən də istifadə edir. Türk musiqiləri dinləyir. İbrahim Tatlısəsin mahnılarını sevir. Oyun və ya məşq zamanı hər şeyə yaxşı demir. Daha yaxşı edə bilərsən söyləyir. Onun bizə köməyi çox dəyir".

Qeyd edək ki, 38 yaşlı Zlatan İbrahimoviç ilin əvvəlində "Milan"la 6 ay+1 il müddətinə müqavilə bağlayıb.