Azərbaycandan yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə vahid məktəbli formasının təqdimatı planlaşdırılır. Həmin formanın dizaynı artıq ictimai müzakirəyə təqdim olunub.
Təhsil Nazirliyi Azərbaycanın bütün məktəblərinin şagirdlərinin 2020-2021-ci tədris ilindən etibarən geyəcəyi məktəbli formasının bir neçə variantını hazırlayıb. Oğlan və qız uşaqları üçün nəzərdə tutulan bir sıra geyim dəstlərinin eskizləri 31 yanvar 2020-ci il tarixinədək ictimai müzakirəyə təqdim olunub.
31 yanvar saat 13: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında yeni məktəb formasının necə olacağından söhbət açılacaq. İştirak edəcəklər:
- Səkinə Babayeva - "Bakı Tekstil Fabriki" MMC-nin sədri;
- İlqar Orucov - Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi;
- Nadir İsrafilov - Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü;
- Eyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84 / 85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə