RUSİYA

Təyyarədə dəhşət anları: sərnişin hamını partlayışla hədələdi

Domodedovo aeroportunda təyyarəni partladacağını deyən sərnişin tutulub Təyyarə göyərtəsində sərnişinlərlə birlikdə dayanacağa aparılıb, çünki sərnişinlərdən biri üzərində partlayıcı qurğu olduğunu bildirib.
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Moskvanın Domodedovo hava limanında uçuş zamanı təyyarədə partlayış törədəcəyi ilə hədə-qorxu gələn sərnişin tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə məlumatlı mənbə deyib.

Bir müddət öncə xəbər yayılıb ki, "S7" şirkətinin Simferopoldan uçan təyyarəsi təcili olaraq Moskvada eniş edib.

Bundan sonra təyyarə göyərtəsində sərnişinlərlə birlikdə dayanacağa aparılıb, çünki sərnişinlərdən biri üzərində partlayıcı qurğu olduğunu bildirib.

İlkin məlumatlara görə, təyyarədə 195 nəfər olub.

Hadisə ilə bağlı araşdırma aparılır.