Rusiya koronavirusa görə Çinlə sərhədi bağlayır

Xatırladaq ki, Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170-ə çatıb
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Rusiya koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Uzaq Şərq regionunda Çinlə sərhədi bağlayır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Mixal Mişustin hökumətin iclasında bildirib.

O, həmçinin vurğulayıb ki, artıq sərhədin bağlanılması haqqında sərəncamı imzalayır.

Xatırladaq ki, Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170-ə çatıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 7711-ə çatıb. Virus artıq Tibetə də çatıb. Qeyd edək ki, Tibet Çinin sonuncu "təmiz" regionu idi.

Ötən gün Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirusdan ölənlərin sayı 132 idi.

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.