BAKI, 30 yanvar — Sputnik. Məşhur rəssam Salvador Dalinin hazırladığı 10-dan artıq bürünc heykəl oğurlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Dagens Nyheter" nəşrinin məlumatına görə, hadisə bu gecə Stokholmun mərkəzində yerləşən qalereyada baş verib. "Couleur" qalereyasının sahibi Peder Enström açıqlamasında bildirib ki, oğrular sərgi təşkil olunan zala daxil olaraq əsərləri oğurlayıblar. Heykəllərin birinin qiyməti 200-500 min krondur. Oğurlanmış sənət əsərlərinin ümumi qiyməti 3-4 milyon kron, avro ilə 300-400 min avro edir. Hadisə bu gün səhər saat 04:00-da baş verib. Polis oğurluqla bağlı araşdırmalara başlayıb.