CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusla bağlı İşçi qrupu yaradılıb

İşçi qrupunun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda koronavirusla bağlı İşçi qrupu yaradılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O deyib ki, İşçi qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) kimi qurumların nümayəndələri daxildir ki, bu qurumlar bir-birləri əlaqəlidirlər.

Xatırladaq ki, İşçi qrupunun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.