Kirill Vışinski və Yelena Çerışeva Fransaya korporativ narıncı jiletlərdə gəlib və özləri ilə jurnalistlərin təqib edildiyi müxtəlif halların əks olunduğu 12 səhifəlik xülasə gətiriblər. “RİA Novosti” agentliyinin Ukrayna bölməsinə rəhbərlik edən Vışinski bir ildən çox həbsdə olub. Sputnik-in Tallin redaksiyasının işçilərinin çoxu da azadlıqdan məhrum edilməklə təhdid edilib. Məhz buna görə redaksiyanın bütün üzvləri agentliklə müqavilələrini dayandırmalı olublar. Hal-hazırda Sputnik Estoniyanın işi müvəqqəti olaraq dayandırılıb. Bəs nəyə görə bütün bu təhdidlərə baxmayaraq Çerışeva “Rossiya Segodnya” ilə əməkdaşlığına son verməyib və Kirill Vışinski hansı səbəblərə görə hələ də sadəlövhlüyünü qoruyub saxlaya bilib? Bu sualların cavabını videomuzda tapa bilərsiniz.