SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha iddiaları yoxdur – Namizədliyini geri çəkilənlərin sayı açıqlandı

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 293 nəfəri deputatlığa namizədliyini geri götürüb
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Sputnik Azərbaycan-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 293 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1344 nəfərdir.