CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın məşhur qəsəbəsinə qaz verildi

Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Sabunçu rayonu Maştağa qəsəbəsi "Ləhiş bağları" adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Qurumun məlumatında bildirilib ki, 147 fərdi yaşayış evinin qazlaşdırılmasına 2019-cu ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.