SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat davam edib

Tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.
Sputnik

BAKI, 29 yanvar - Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva "Twitter"səhifəsində qeyd edib.

O bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

Abdullayeva bildirib ki, danışıqlar sabah da davam edəcək.