CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Texnika inkişaf edir, ölümlər artır

Ötən il respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub
Sputnik

BAKI, 28 yanvar — Sputnik. 2019-cu il ərzində respublika ərazisində 16571 təbii və texnogen mənşəli hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu, 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 53 nəfər həlak olub, 338 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1228 nəfər təxliyə olunub.

Ötən il respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub.

Texnogen mənşəli hadisələrə gəldikdə ötən il respublika ərazisində 16399 texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2018-ci il ilə müqayisədə 1090 hadisə və ya 7% çoxdur.

Texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 338 nəfər xəsarət alıb ki, bu da 2018-ci il ilə müqayisədə həlak olanlar üzrə 37 nəfər və ya 35% azdır, xəsarət alanlar üzrə 107 nəfər və ya 46% çoxdur. Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilmiş, 1092 nəfər təxliyə olunub.