CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On iki min manata başa gələn "can dərmanı" əldən çıxdı

Qanunsuz ov edənlər barəsində protokol tərtib olunub və onlar 12671 manat məbləğində cərimə ediliblər
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Respublika ərazisində icazəsiz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, reyd zamanı Neftçala, Biləsuvar və Samux rayonları ərazisində yerləşən ovçuluq təsərrüfatlarında icazəsiz ov edən 12 şəxs saxlanılıb. Onlardan 12 ov tüfəngi, adı "Qırmızı kitab”a düşmüş 2 turac quşu və 2 ördək götürülüb.

Araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Daşqın İmanov, Bəxtiyar Əhmədov, Seymur Cəfərov, Əli Zeynalov, Elşən İbadov, Abdulla Orucov, Bakı şəhər sakini Xəyal Soltanov, Salyan rayon sakini Şahlar Quliyev, Biləsuvar rayon sakinləri Məlikəjdər Məmmədov, Rafiq Qənbərov, Namiq Qənbərov və Tovuz şəhər sakini Fəxri Bağırov olduqları məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və onlar 12671 manat məbləğində cərimə ediliblər.