ABŞ hava döyüşündə süni intellekti test etdi - VİDEO

Virtual yarışlara Corciya ştatının Texnologiya Araşdırmaları İnstitutunun əməkdaşları və 7 şirkətin – "Aurora Flight Sciences", "EpiSCI", "Heron Systems", "Lockheed Martin", "Perspecta Labs", "physicsAI", "SoarTech" əməkdaşları da qatılıblar
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Perspektivli Araşdırma Layihələri üzrə ABŞ Agentliyi (DARPA) ilk dəfə hava döyüşündə neyroşəbəkəni test edib. Sputnik Azərbaycan bildirir ki, sınağın video görüntüləri agentliyin "Youtube" səhifəsində yerləşdirilib.

Virtual yarışlara Corciya ştatının Texnologiya Araşdırmaları İnstitutunun əməkdaşları və 7 şirkətin – "Aurora Flight Sciences", "EpiSCI", "Heron Systems", "Lockheed Martin", "Perspecta Labs", "physicsAI", "SoarTech" əməkdaşları da qatılıblar.

Onların hamısı "F-15C Eagle" qırıcılarının virtual modellərində öz neyroşəbəkə alqoritmlərini tətbiq ediblər. Bu qırıcılar elə də mürəkkəb olmayan səviyyədə bir-biri ilə, həmçinin DARPA-nın yaratdığı RED süni intellekti ilə mübarizə aparıb.

Sınaqlar uğurla həyata keçirilib, testlərin digər detalları açıqlanmır.