RUSİYA

Tanınmış aparıcı peyğəmbərlə bağlı zarafata görə dindarlardan üzr istədi

İvan Urqant deyib ki, dini tabuya, yaxud da qapalı bir mövzuya çevirməmək üçün iş zamanı onunla əlaqəli hər şeydən istifadə etməkdən qorxmaq lazım deyil.
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Rusiyanın Birinci kanalınını aparıcısı İvan Urqant "Veçerniy Urqant" verlişinin efirində İsa Məsihlə bağlı zarafata görə pravoslav fəallardan üzr istəyib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, "Sorok sorokov" hərəkatının üzvləri Urqantın Rusiya vətəndaşlığından çıxarılmasını tələb ediblər. Bu məsələ barədə kanalın saytında məlumat dərc edilib.

"Biz öz işimiz zamanı  kiminsə xətrinə dəyməyə, kiminsə hisslərini, yaxud özünü təhqir etməyə hər şeydən az çalışırıq. Mənim səmimi üzrxahlığımı qəbul edin və xahiş edirəm, inciməyin. Və əgər mümkündürsə, lənətlərinizdən çəkinin", - Urqant üç həftəlik fasilədən sonra efirə çıxan verlişinin əvvəlində deyib. Aparıcı qeyd edib ki, bu "xristian dəyərlərini planlaşdırılmış şəkildə ələ salmaq deyildi".

O, həmçinin onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə tələbləri də şərh edib. "Bu, mənim daxilimdə ikili hissə səbəb olur. Birincisi, əlbəttə, bu, həyəcan siqnalıdır. Çünki baş prokurora müraciət ciddi məsələdir", - Urqant deyib. Bununla belə, o əlavə edib ki, ölkənin yeni baş prokuroruna ilk müraciət onunla bağlı olduğu üçün qürur hissi keçirir. Rusiya vətəndaşlığından çıxarılması tələbinə gəlincə, aparıcı deyib ki, ölkə Konstitusiyasına görə, bunu etmək olmaz, əks təqdirdə Konstitusiyanı dəyişmək lazım gələcək.

Urqant, yumoristik şounun məqsədinin təhqir etmək deyil, əyləndirmək, zarafat etmək olduğunu, ancaq öz mövzularında dindən də danışdıqlarını söyləyib. Onun sözlərinə görə, dini tabuya, yaxud da qapalı bir mövzuya çevirməmək üçün iş zamanı onunla əlaqəli hər şeydən istifadə etməkdən qorxmaq lazım deyil.

Pravoslav fəallar, amerikalı aktyor Nikolas Keycin doğumunu əks etdirən bir kollajdan hiddətləniblər. Fəallar hesab edir ki, bu şəkildə İsa Məsihin doğuşu haqqında ikona təqlid edilib. Eyni efirdə fransız aktyoru Jerar Depardye Məsihi donuzla müqayisə edib. Verilişin sözügedən buraxılışı 7 yanvar 2020-ci ildə nümayiş olunub.