CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pambıqtəmizləmə zavoduna məxsus texnikanın aşması qəzaya səbəb oldu

"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində qaz xətti qırılıb.
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika Ucar rayonunun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində qaz xətti qırılıb.

Qazyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.