CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzlərlə insan nikaha daxil olmağın "ASAN" yolunu tapıb

Ülvi Mehdiyevin sözlərinə görə, müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin verilməsinə görədir.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) ötən ilin yekunlarına dair hesabatı təqdim olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla əlaqədar olaraq təşkil olunan mətbuat konfransında illik rəqəmlər açıqlanıb. ASAN-ın sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında il ərzində mərkəzlərə 9 milyondan çox müraciətin daxil olduğunu deyib: "Fəaliyyət göstərdiyi 7 il ərzində "ASAN xidmət"ə 6 734 892 vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub. Bu isə hər vətəndaşın ən azı 5 dəfə "ASAN xidmət"ə müraciət etməsi deməkdir".

Sədrin sözlərinə görə, orta gündəlik müraciət sayı 30 871-dir. Gün ərzində 2390 nəfər "ASAN xidmət"ə ilk dəfə müraciət edir. Ü.Mehdiyevin sözlərinə görə, müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin verilməsinə görədir: "Gün ərzində "ASAN xidmət"də 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bir gün ərzində "ASAN xidmət"də 408 nikah qeydə alınır".