BAKI, 28 yanvar — Sputnik. 2019-cu il ərzində baş verən yanğın hadisələrindən təhqiqatı aparılan yanğınların sayı 2319 olub.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb.
Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.
Yanğın hadisələrindən 1684-ü çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verib. Bu yanğınlar zamanı 150 nəfər xəsarət alıb. Açıq sahələrdə 103 yanğın hadisəsi baş verib, bu yanğınlar zamanı 2 nəfər , meşə və meşə talalarında 11 yanğın hadisəsi baş verib və 4 nəfər xəsarət alıb, nəqliyyat vasitələrində 372 yanğın hadisəsi baş verib və bu yanğınlar zamanı 20 nəfər xəsarət alıb.
Digər ərazilərdə isə 159 yanğın hadisəsi baş verib və bu yanğınlar zamanı 56 nəfər xəsarət alıb.