CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş milyon adam Azərbaycan brendindən razılıq edib

Agentlik sədri həmçinin 2019-cu il ərzində rəy toplanmış müraciətlərin sayından da söz açıb və deyib ki, rəylərə əsasən, məmnunluq səviyyəsi 99,3 faiz olub.
Sputnik

BAKI, 28 yanvar — Sputnik. 2019-cu il ərzində 920 mindən çox "ASAN Viza" verilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ü.Mehdiyev qeyd edib ki, bu günə qədər ümumilikdə, 1877835 viza verilib: "Onlardan da 619 249-u hava limanında verilmiş vizalardır".

Agentlik sədri həmçinin 2019-cu il ərzində rəy toplanmış müraciətlərin sayından söz açıb: "Belə müraciətlərin sayı 5 milyona yaxındır. Bu rəqəm isə ümumilikdə müraciətlərin 54 faizini təşkil edir. Rəylərə əsasən, məmnunluq səviyyəsi 99,3 faiz olub".