BAKI, 27 yanvar — Sputnik. Kanadanın perspektiv araşdırmalar institutunun (CIFAR) alimləri xərçəng xəstəliyinin keçici ola bilməsi ehtimalını irəli sürüblər. Sputnik Azərbaycan xəbər verir ki, araşdırmanın nəticələri wize.life alman portalında yerləşdirilib.
Araşdırmada qeyd edilir ki, bəzi digər qeyri-infeksiya xəstəliləri də insandan insana keçə bilər. Onların sırasına piylənmə, ürək-damar xəstəlikləri və şəkər də aiddir.
Alimlər bu ehtimalı insanın orqanizmində, o cümlədən dərisində və daxili orqanlarında olan trilyonlarla mikroorqanizmlərin – mikrobiomun ötürülməsi imkanı ilə izah edirlər. Mikrobioma təkcə bakteriyalar deyil, göbələklər və viruslar da daxildir. Alimlər bildirilər ki, mikrobiom bir insandan digərinə təmas zamanı və ya eyni otaqda olan zaman ötürülə bilər.
Bundan əlavə, onlar həyat yoldaşlarının bağırsağının mikroflorasında oxşarlıq aşkar ediblər.
Lakin Ümumdünya Səhiyyə Təşkilatı ürək-damar sistemi xəstəliklərini və xərçəngi qeyri-infeksiya xəstəlikləri siyahısına aid edir. Güman edilir ki, onlara meyllilik, həyat tərzi və ətraf mühit faktorları təsir edir.
Lakin yeni ehtimalla çıxış edən alimlər bildirilər ki, onların iddiası doğru çıxsa, bu, səhiyyəyə baxışları kökündən dəyişəcək.