Virus can almağa davam edir – Ölü sayı durmadan artır

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Çinin Dövlət Şurasının Baş Naziri Li Keçyan yeni növ koronavirusun yayıldığı Uhan şəhərinə gəlib. Bu barədə Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir.

Koronavirusun yayıldığı bölgələrdə azərbaycanlı tələbələr var

Qeyd olunur ki, Li Keçyan epidemiya ilə mübarizə tədbirlərinin necə həyata keçirilməsinə nəzarət etmək üçün Çin sədri Si Cin Pinin tapşırığı ilə Uhana gəlib.

Baş Nazir xəstəxanalarda olan pasiyent və həkimlərlə görüşüb.

Qeyd edək ki, yanvarın 26-sı ümumilikdə Çin ərazisində yeni koronavirusa yoluxan şəxslərin sayı 2744-ə çatıb ki, onlardan da 81-i vəfat edib. Xəstəxanada olan şəxslərdən 137-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.