Türkiyədə dəhşətli zəlzələnin qurbanlarının sayı artdı

Hazırda dağıntılar nəticəsində yaralanmış 86 nəfərin müalicəsi davam etdirilir. Zəlzələdə 41 nəfər ölüb, 1607 nəfər xəsarət alıb
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Türkiyənin Elazığ və Malatya vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Zəlzələ dalğası Ankaraya çatdı: Türkiyə paytaxtında dalbadal titrəyişlər

Bu barədə Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir. Məlumata əsasən, bu gün Elazığ vilayətinin Sürsürü adlı ərazisində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Hazırda dağıntılar nəticəsində yaralanmış 86 nəfərin müalicəsi davam etdirilir.

Xatırladaq ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 41 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.