CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ortada "sevgi" var“ – Ulduz qalmaqalı davam edir

Tacir Şahmalıoğlu və İlahə Fəda arasında qalmaqal uzun zamandır davam edir. Buna səbəb İlahənin bacısı Fədayə Laçınla T.Şahmalıoğlu arasında sevgi münasibətləri olması barədə yayılan şayiələrdir
Sputnik

BAKI, 27 yanvar — Sputnik. "Ona heç xanım demirəm, o söz ona düşmür. İlahə Fəda, sən xalq üçün nə etmisən?"

Fədayə Laçın azadlıqdan məhrum edildi

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu ARB TV-də yayımlanan "Ona qalsa" proqramında deyib. İfaçı həmkarı İlahə Fədanın onun ünvanına dediyi tənqidlərə cavab verib: "Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma sən kimsən bilinmir.

Kimliyini sübut edərəm, amma heyf ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?"

Həmin an canlı yayıma zəng edən İlahə Fəda qısaca "İt hürər karvan keçər. Bu qədər" söyləyərək, telefonu bağlayıb.

Əsəblərinə hakim ola bilməyən T.Şahmalıoğlu İlahəni hədələyib: "Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür, danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur".

Qeyd edək ki, Tacir Şahmalıoğlu və İlahə Fəda arasında qalmaqal uzun zamandır davam edir. Buna səbəb İlahənin bacısı Fədayə Laçınla T.Şahmalıoğlu arasında sevgi münasibətləri olması barədə yayılan şayiələrdir.

Xatırladaq ki, Fədayə Laçınla Tacir Şahmalıoğlu uzun müddət tərəf müqabili olublar.