CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səssiz ölüm iki aylıq qızı atasız qoydu

Sumqayıt şəhərində anadan olan Tural Əliyev Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsinin əməkdaşı idi
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Qusarda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Tural Mahruz oğlu Əliyev Qusar şəhərində M.Əbilov küçəsi 16 ünvanında yerləşən kirayə qaldığı mənzilin hamamında dəm qazından boğulub və dünyasını dəyişib.

T.Əliyevin cansız bədənini onun iş yoldaşı Elməddin Tağıyev görüb və dərhal hüquq-mühafizə orqanlarına xəbər verib.

İlkin müayinədən sonra onun hamamda dəm qazından dünyasını dəyişdiyi bildirilir.

Sumqayıt şəhərində anadan olan T.Əliyev Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsinin əməkdaşı idi. Ailəli idi, 2 aylıq qız uşağı var.